Kannqaraçılıq: Festival zamanı Fransanın cənubu işıqsız qalıb | VİDEO

      Kannqaraçılıq:    Festival zamanı Fransanın cənubu işıqsız qalıb    | VİDEO
  24 May 2025    Oxunub:426
Kann festivalının bağlanmasına bir neçə saat qalmış şəhərə elektrik enerjisinin verilməsi kəsilib. Mağazalarda, restoranlarda işıqlar sönüb. Kartlarla ödəniş etmək mümkün olmayıb.
Svetoforların sönməsi yollarda qəzaların kəskin artmasına səbəb olub.

Fransanın cənubunun elektriklə təminatına görə məsuliyyət daşıyan RTE şirkəti bildirib ki, ardıcıl bir neçə qəza işıqların kəsilməsinə səbəb olub: Əvvəlcə yarımstansiyada yanğın baş verib, sonra isə Kann şəhərinin yaxınlığında elektrik dirəkləri aşıb.



Festivalın təşkilatçıları generatorların hesabına bağlanış mərasimini davam etdirəcəklərini deyiblər.

Samir Quliyev
AzVision.az


Teqlər: Fransa   Kanna   Elektrik  





Xəbər lenti